Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri“ sahə standartı təsdiq edilib. Bu barədə komitənin məlumatında bildirilir.
Standart Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitələri və onların hissələri ilə əlaqədar texniki xidmətə (texniki qulluğu və təmiri) dair ümumi tələbləri və texniki xidmət qaydalarını müəyyən edir.
Standarta əsasən, nəqliyyat vasitələrinə texniki xidməti həyata keçirən personal müvafiq sahədə ixtisaslaşmaya malik olmalı və ixtisaslaşma təlim və ya təhsil haqqında sənədlərlə təsdiqlənməlidir.
Nəqliyyat vasitəsi avtoservisdə qalmaqla təmirə verildikdə avtoservis tərəfindən müqavilə ilə yanaşı, təhvil-təslim aktı tərtib edilməlidir.
Standartda nəqliyyat vasitələrinə qulluq üzrə xidmətlərin siyahısı da verilib.
Standart Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə təqdim edilib.
A.Axundov