Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ölkədə maliyyə savadlılığının artırılması məqsədi ilə hazırladığı Maliyyə savadlılığı portalını (www.bizimpullar.az) istifadəyə verib. Bu barədə bankın məlumatında deyilir.
Məlumata görə, portal əhalinin müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması, nəticədə onlarda rasional maliyyə davranışlarının inkişaf etdirilməsi və yığım mədəniyyətinin formalaşdırılmasına xidmət edəcək.
A.Axundov