Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 28-də Quba şəhərində bir sıra rayonların sakinlərini qəbul edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri xahiş, şikayət və təkliflərlə nazirə müraciət edə biləcəklər.
M.Cabbarovla görüşmək istəyən vətəndaşlar oktyabrın 27-nə qədər Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər.
A.Zeydullayeva