Oktyabrın 24-də Bakıda Amerika təhsil yarmarkası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Tədbir Amerika Təhsil Qrupu tərəfindən təşkil olunur. Yarmarka bütün arzu edənlərə ABŞ-da təhsillə bağlı lazımi məlumat vermək məqsədi daşıyır. Yarmarka zamanı Amerikanın bir sıra ali məktəblərinin nümayəndələri ilə görüşmək imkanı əldə ediləcək. Onlar yarmarka iştirakçılarına bu və ya digər ali məktəb, həyata keçirilən təhsil proqramları və bütövlükdə ABŞ haqqında müfəssəl məlumat verəcəklər.
A.Zeydullayeva