Bu gün Koreya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Kim Çanq Gyu etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Nazir E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.
Y.Əliyev