SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağı üçün yeni 1954A saylı estakadayanı meydançanın tikintisi uğurla başa çatdırıb. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
Layihə “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanıb.
Tikinti işlərinin baş podratçısı “Neftqaztikinti” Trestidir. 1954A saylı estakadayanı meydança dənizin 17 metr dərinliyində yerləşdirilib. Burada qazılacaq quyulardan ümumilikdə sutkada 100 ton neft hasil olunacağı gözlənilir.
Trest tərəfindən 5 ədəd dayaq bloku, 4 ədəd aralıq seksiyası, 6 ədəd minik və yanalma meydançaları, 1 ədəd qülləaltı postament quraşdırılıb, 28 metr uzunluqda estakada tikilib, 384 ədəd dəmir beton plitələr quraşdırılıb, dayaq bloklarının ayaqlarına 30 ədəd svay vurulub.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova