Azərbaycan Hökuməti və BMT Sivilizasiyalar Alyansı arasında 25-27 aprel 2016-cı il tarixlərində Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə dair saziş imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Sazişi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri imzalayıblar.
Görüş oktyabrın 24-25-də İngiltərənin Oksford Universitetində keçirilən "Paylaşılan dünyanın çağırışları" mövzusunda konfrans çərçivəsində baş tutub.
Görüşdə foruma hazırlıq məsələləri müzakirə olunub.
A.Zeydullayeva