ATƏT-in Minsk qrupunun həmsədrləri 2015-ci ilin sonuna kimi Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmək niyyətindədirlər.
“Bizə məlumdur ki, dekabrın əvvəlində Ermənistanda referendum keçiriləcək (respublikanın parlament idarəçilik formasına keçidi üzrə - İF). Bu səbəbdən prezidentlərin qrafikinə uyğun olaraq referendumdan sonra, lakin ilin sonuna kimi onların görüşü təşkil oluna bilər”, - deyə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda mətbuat konfransında bildirib.
Həmsədrlər bazar ertəsi Ermənistana gəliblər. Onlar ölkə başçısı və xarici işlər naziri ilə görüşəcək, həmçinin qondarma Dağlıq Qarabağ Respublikasına səfər edəcəklər.
Dağlıq Qarabağda görüşlərdən sonra onlar piyada təmas xəttindən Azərbaycan ərazisinə keçəcəklər.