Azərbaycan Rusiyanın regionları ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bazar ertəsi Rusiya KİV nümayəndələri ilə görüş zamanı bildirib.
“Bizim rusiyalı həmkarlarla yüksək səviyyədə əlaqələrimiz var. Dövlət səviyyəsində çoxlu sayda hökumətlərarası komissiya (1 mərkəzi və 17 regional) fəaliyyət göstərir. Dağıstan, Sankt-Peterburq, Moskva və digər regionlarla əməkdaşlıq kifayət qədər genişdir”, - deyə S.Həsənova qeyd edib.
“Azərbaycanda Rusiya kapitalı ilə 600-ə yaxın şirkət fəaliyyət göstərir. Biz həmçinin Rusiya iqtisadiyyatına sərmayələr yatırırıq. İnvestisiyalarımız $1 mlrd.-ı ötür, Azərbaycan iqtisadiyyatına Rusiya sərmayələri $1,6 mlrd.-a yaxın təşkil edir”, - deyə o vurğulayıb.
Nazir müavini qeyd edib ki, son 5 il ərzində Azərbaycan və Rusiya arasında 40
tədbir keçirilib, indiyədək iqtisadi sahədə əməkdaşlığa dair 50-dən artıq sazişı imzalanıb.
“Ölkələr arasında ticarət dövriyyəsi kifayət qədər yüksəkdir - ötən ilin yekunları üzrə Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında 4-cü yerdədir, Azərbaycana idxal üzrə isə Rusiya iqtisadiyyatı 1-ci yerdədir. Bu sahədə bizim böyük potensialımız var. Bu münasibətlər gələcəkdə də inkişaf edəcək”, - deyə S.Həsənova bildirib.
R.Babayev, A.Axundov