Dünya Bankı (DB) 2015-ci il üçün Azərbaycanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırır. Bu barədə Dünya Bankının “Xammalın qiymətlərinin ucuzlaşması və zəif valyutalar” adlı hesabatında qeyd olunur.
Xəbər verildiyi kimi, DB iyun ayında dərc edilmiş “Qlobal iqtisadi perspektivlər”(Global Economic Prospects, GEP) adlı icmalında cari ilin yekunları üzrə Azərbaycanda ÜDM-i 1,5% səviyyəsində proqnozlaşdırmışdı.
Hesabata əsasən, 2016-cı ildə respublikada ÜDM artımı 2,6%, 2017-ci ildə 2,7% səviyyəsində (proqnozlar dəyişməyib) proqnozlaşdırılır.
Bundan başqa, DB 2015-ci ildə inflyasiyanı 7,5%, 2016-cı ildə 4,1%, 2017-ci ildə 4,1% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə tədiyyə balansının profisiti ÜDM-in 2,9%-i, 2016-cı ildə ÜDM-in 5,5%-i, 2017-ci ildə ÜDM-in 7,4%-i səviyyəsində proqnozlaşdırılır.
DB 2015-ci ilə Azərbaycanın dövlət büdcəsinin kəsirini ÜDM-in 3,4%-i, 2016-cı ildə ÜDM-in 1,1%-i, 2017-ci ildə büdcə profisiti ÜDM-in 0,7%-i səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2015-ci ildə ÜDM-in 3,3%, 2016-ci ildə 1,8% artacağını proqnozlaşdırır.
2014-cü ildə Azərbaycanda iqtisadi artım 2,8% təşkil edib.
A.Axundov