2015-ci ilin yanvar-sentyabr aylarında “Cənub” İES-də 2 mlrd. 731,4 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” ASC-dən məlumat verilib.
2015-ci ilin sentyabr ayında stansiyada 94 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
Şirvan şəhərində yerləşən “Cənub” İES Abşeron yarımadası və cənub bölgəsinin enerji təhlükəsizliyinin artırılmasında, həmçinin enerji ötürücü və paylayıcı sistemlərin etibarlı fəaliyyət göstərməsində mühüm rol oynayır. Stansiya 780 MVt gücə malikdir.
N.Abbasova