Azərbaycan Auditorlar Palatası (AAP) auditor şirkətləri və müstəqil auditorların yoxlanılması ilə bağlı 2 illik moratoriumun tətbiqi haqqında qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Auditorlar Palatasından məlumat verilib.
“1 noyabr 2015-ci il tarixindən etibarən AAP 2 il ərzində Azərbaycanda fəaliyyət göstərən auditor şirkətləri və müstəqil auditorların maliyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılmasını həyata keçirməyəcək. Ötən həftə Palata Şurası tərəfindən müvafiq qərar qəbul edilib”, - deyə AAP-dən qeyd olunub.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 müstəqil auditor və 55 auditor təşkilatı auditor fəaliyyətinə lisenziyaya malik olub.
A.Əzizov