Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 27-nə manatın dollara nisbətən rəsmi məzənnəsini oktyabrın 26-da qeydə alınmış 1,0490 manat/$1-a qarşı 1,0489 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0095% möhkəmlənib.
AMB oktyabrın 27-nə manatın avroya nisbətən rəsmi məzənnəsini oktyabrın 26-da qeydə alınmış 1,1577 manat/1EUR səviyyəsinə qarşı 1,1605 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,2418% ucuzlaşıb.
Oktyabrın 27-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi oktyabrın 26-da qeydə alınmış 0,0169 manat/1RUR səviyyəsinə qarşı 0,0166 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 1,7751% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov