“Azərbaycan Sənaye Bankı” ASC filial şəbəkəsini optimallaşdırmağı planlaşdırır. Bu barədə bankın məlumatında qeyd olunur.
“Optimallaşdırılma çərçivəsində “Elmlər Akademiyası”, “Nərimanov” və “Həzi Aslanov” filialları daha iri filiallarla birləşdiriləcək. Beləliklə, bu 3 filialın fəaliyyəti dayandırılacaq”, - deyə məlumatda qeyd edilir.
Məlumata görə, bankın məcmu kapitalı 69 mln. manat təşkil edir (AMB-nin tələbi 50 mln. manat olduğu halda), kapitalın adekvatlıq əmsalı 27%-i ötür (AMB-nin tələbi 12% olduğu halda).
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə təsis edilib və respublikanın 15 aparıcı bankından biridir.
A.Axundov