Bakıda Beynəlxalq Muğam Mərkəzində əməkdar artist, bəstəkar, pianoçu, cazmen, çoxsaylı festivalların iştirakçısı Salman Qəmbərov və onun “Bakustic Jazz” qrupunun konserti olub. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil olunub.
Konsertdə məşhur caz kompozisiyaları səsləndirilib. Musiqiçilərin çıxışı böyük maraq doğurub.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı noyabrın 3-dək davam edəcək.
Festival çərçivəsində azərbaycanlı musiqiçilərlə yanaşı, ABŞ, Kanada, Fransa, Almaniya, Hollandiya, Rusiya və Ukraynanın caz ifaçıları da konsert proqramları ilə çıxış edirlər.
A.Zeydullayeva