Azərbaycan prezidenti İlham Əliyev Monteneqro ilə sərmayə qoyuluşu, enerji təhlükəsizliyi, biznes sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edir.
Dövlət başçısının saytında verilən məlumata görə, çərşənbə axşamı Bakıda Monteneqronun baş naziri Milo Cukanoviç ilə keçirdiyi görüşdə prezident İ.Əliyev bu Balkan ölkəsi ilə əlaqələrin inkişafından məmnunluq ifadə edib.
İkitərəfli münasibətlərin səviyyəsindən razılığını bildirən M.Cukanoviç son illər ərzində əməkdaşlığımızın uğurla inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Tərəflər iki ölkə arasında enerji, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində əməkdaşlıq, nəqliyyat, infrastruktur, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.
Y.Əliyev