Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu ölkənin milli bayramı - Müstəqillik Günü münasibəti ilə təbrik edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Rusiya prezidenti təbrik teleqramında Rusiya-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq ruhunda fəal inkişafını yüksək qiymətləndirib və gələcəkdə bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığın, həmçinin regional və beynəlxalq fəaliyyətdə konstruktiv qarşılıqlı əlaqələrin iki dövlətin xalqlarının maraqlarına uyğun olaraq və Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyin möhkəmlənməsi məcrasında genişlənəcəyinə əminlik ifadə edib.