Gəncədə görkəmli sərkərdə, general Səməd bəy Mehmandarovun 160 illik yubleyi qeyd olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Azərbaycan Xalq Cumhuriyyəti dövründə (1918-1920-ci illərdə) hərbi nazir olmuş general Səməd bəy Mehmandarovun həyat və fəaliyyətini əks etdirən film tamaşaçılara təqdim edilib. Sonra N saylı hərbi hissənin əsgərlərinin nümunəvi çıxışları olub, onlar vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
“Mən bir genral kimi, azərbaycanlı kimi fəxr edirəm ki, bizim belə generallarımız olub. Xalq onu bilməlidir ki, bu gün hər bir şərait var. Silah, sursat, texnika və əsgərlərin hazırlığı yüksək səviyyədədir ki, biz Ali Baş Komandan, prezident İlham Əliyevin tapşırığını yerinə yetirək”, – deyə Şəmkir Hərbi Birləşməsinin komandiri Rövşən Əkbərov bildirib.
Kütləvi hərbi vətənpərvərlik mərasimi Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
F.Mehdiyev