Etibar Əliyev “Bank Technique” ASC-nin Müşahidə Şurasının sədri təyin edilib. Bankdan verilən məlumata görə, o, bundan əvvəl də adıçəkilən vəzifəni tutub.
“Oktyabrın 16-da səhmdarların ümumi iclasında qəbul edilmiş qərarla E.Əliyev Müşahidə Şurasının sədri təyin edilib. O, oktyabrın 27-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb”, - deyə bankın məlumatında qeyd olunur.
“Bank Technique” ASC 1994-cü ildə yaradılıb və respublikada aparıcı bankların onluğuna daxildir.
A.Axundov