Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan və Pakistan prezidentləri Məhəmməd Əşrəf Qani və Məmnun Hüseynə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
“Baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı”,- deyə prezidentin məktubunda bildirilir.
Teleqramda bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, Əfqanıstan və Pakistan xalqlarına dərin hüznlə başsağlığı verilir.
Dövlət başçısı yaralananlara şəfa diləyib, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Xatırladaq ki, bir gün əvvəl Əfqanıstan-Pakistan sərhədində, Hindquş dağlarında baş vermiş zəlzələ nəticəsində 300-dən çox insan həlak olub.
A.Zeydullayeva