Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən 12,35 min nəfər tənha ahıl və əlil vətəndaş evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin olunur. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Onlardan 1007 nəfərini 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlar təşkil edir.
Sosial işçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatlarında təmizlik və abadlıq işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə onlara xidmətlər göstərirlər.
Sosial məişət xidməti göstərilənlərin 7851 nəfəri şəhər və qəsəbələrdə, digərləri kənd yerlərində yaşayan şəxslərdir.
R.Babayev