Dövlət Duması noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçilər qrupu göndərəcək.
“Dövlət Dumasının müşahidəçilərdən ibarət nümayəndə heyətinə RF Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski rəhbərlik edəcək. O, həmçinin MDB Parlamentlərarası Assambleyası missiyasının əlaqələndiricisi təyin edilib”, - deyə çərşənbə günü Dövlət Dumasından jurnalistlərə məlumat verilib.
Öz növbəsində L.Slutski dəqiqləşdirib ki, müşahidəçilərdən ibarət qrup fraksiyalararası kvota prinsipi əsasında formalaşdırılıb. Qrupun tərkibinə 7 nəfər daxildir.