Milli Məclisin deputatı Elman Mәmmәdov ATӘT-in Minsk Qrupu hәmsәdrlәrini Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş azərbaycanlıların taleyinə etinasızlıqda ittiham edib. Bu barədə yerli mətbuat məlumat verir.
“Siz arxayın danışırsınız. Çünki eviniz yanmayıb, torpağınız işğal olmayıb. Dağlıq Qarabağ sakinlәri (azərbaycanlılar - İF-Az) isə 20 ildәn artıqdır öz torpaqlarına qayıda bilmirlər”, - deyə E.Məmmədov çərşənbə günü "Dağlıq Qarabağın azәrbaycanlı icması" İctimai Birliyinin rəhbərliyi ilə ATӘT-in Minsk Qrupu hәmsәdrlәrinin görüşündә deyib.
Deputatın sözlərinə görə, o vә onun kimi digәr mәcburi köçkünlәr həmsədrlərin 20 il ərzindəki fәaliyyәtindәn narazıdırlar.
"Bu müddәtdә nә 1 sm torpaq işğaldan azad olunub, nә dә bir insan öz torpağına qayıdıb. Bu o demәkdir ki, sizin fәaliyyәtiniz sәmәrәsizdir. Siz özünüz dә bilirsiniz ki, bu belədir. İnanmıram ki, sizin fəaliyyәtiniz nәticәsindә bu mәsәlә hәll olacaq. Sәbәb dә budur ki, sizin dövlәtlәrin Cәnubi Qafqazda öz maraqları var. Bu problemlәrin hәlli nəticəsində hәmin maraqlar tәmin olunmur. Siz heç zaman eyni fikrә gәlib bu mәsәlәni hәll edә bilmәyәcәksiniz. Nә qәdәr ki, sağıq, gәrәk görüşlәr tәşkil edәk, oralara gedәk. Çünki biz orada yaşayan ermənilərlə bir-birimizi tanıyırıq. Siz bu problemin hәllini gәnc nәslin ixtiyarına buraxmamalısınız. Bәzәn yazdıqlarınızdan elә başa düşülür ki, sanki ermәnilәr kimi düşünürsünüz. Amma işğala mәruz qalan Azәrbaycandır. Siz işğalı törәdәnlә işğala mәruz qalanı fәrqlәndirmәlisiniz", - deyə E.Məmmədov bəyan edib.
Y.Əliyev