Amerikanın məşhur "Fourplay" caz kvarteti Bakıda çıxış edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Kvartet Heydər Əliyev Sarayında çıxış edib. Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən konsert bu musiqi kollektivinin 25 illiyinə həsr edilib.
Kvartet konsertdə müxtəlif illərin albomlarından əsərlər ifa edib.
"Fourplay" kvarteti bir neçə nominasiyada "Grammy Awards", habelə musiqi industriyasının inkişafına verdiyi mühüm töhfəyə görə ABŞ-ın "Congressional Record" fəxri mükafatına layiq görülüb.
A.Zeydullayeva