501 beynəlxalq müşahidəçi Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqini həyata keçirəcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
“40 beynəlxalq təşkilat və 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib”, - deyə M.Pənahov cümə axşamı MSK-nın iclasında bildirib.
Onun sözlərinə görə, MSK-da 2619 yerli müşahidəçi qeydiyyatdan keçib.
“63 mindən artıq yerli müşahidəçi isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib”, - deyə MSK sədri vurğulayıb.
R.Babayev