2015-ci ilin sentyabr ayında Bakıda ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod mayak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti avqust ayı ilə müqayisədə 3,1% ucuzlaşaraq 1,053 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.
Sentyabr ayında ilkin yaşayış mənzil bazarında mənzillərin qiyməti dollar ekvivalentində 3,1% - $1,005 minə qədər azalıb.
Bununla yanaşı, sentyabr ayında satılan mənzillərin bir kvadratmetrinin 65%-i - $1 mindən aşağı, 28%-i - $1-$1,5 min arası, 7%-i - $1,5 mindən yuxarı qiymətlə təklif edilib.
A.Axundov