“Deloitte & Touche” Beynəlxalq auditor şirkəti “TuranBank”ın 2015-ci il üzrə maliyyə hesabatının beynəlxalq standartlara uyğun auditini aparacaq. Bu barədə bankdan məlumat verilib.
““Deloitte & Touche” “TuranBank”ın 2015-ci ilə dair birləşdirilmiş hesabatlarının auditi üçün müstəqil auditor seçimi üzrə bankın siyasətinə uyğun olaraq keçirilmiş tenderin qalibi olub”, - deyə məlumatda qeyd olunur.
“TuranBank” 2002-ci ildən etibarən maliyyə hesabatının auditi məsələlərində “Deloitte & Touche”, “PriceWaterHouseCoopers” və KPMG kimi aparıcı auditor şirkətləri ilə əməkdaşlıq edir.
2014-cü ildə bankın Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun auditini “Deloitte & Touche” şirkəti həyata keçirib.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Bankın səhmdarları 27 fiziki və hüquqi şəxsdir.
A.Əzizov