İsrailin Azərbaycandakı səfiri Dan Stav hesab edir ki, Milli Məclisə seçkilər ölkənin daxili işidir.
“Biz, İsrail tərəfi, təbii ki, həmin seçkilərdə müşahidəçi qismində təmsil olunacağıq. Bununla yanaşı, hesab edirik ki, Azərbaycanda keçirilən parlament seçkiləri ölkənin daxili işidir. Biz Azərbaycana inanırıq”, - deyə D.Stav “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, A.Libermanın başçılığı ilə İsrail Knessetinin nümayəndə heyəti Milli Məclisin dəvəti ilə seçki prosesini izləmək üçün seçkilər günü Bakıya səfər edəcək.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/654836 linkində tanış olmaq olar
F.İsazadə