2015-ci ilin sentyabr ayında Bakının təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1,696 min manat, 2015-ci ilin avqust ayı ilə müqayisədə artım 4,47% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.
Sentyabr ayında bir kvadratmetrin dəyəri dollar ekvivalentində 4,45% - $1,618 minə qədər artıb.
Ötən ay bazarda təklif portfelində 1 kvadratmetrinin qiyməti $1 mindən aşağı olan mənzillərin payı 42%, 1 kvadratmetrinin qiyməti $1,5-$2 min olan mənzillərin payı 41%, qiyməti $2 mindən çox olan mənzillərin payı 17% təşkil edib.
A.Axundov