Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov cümə günü Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edir. Bu barədə yerli KİV-lər məlumat verir.
MDB ölkələrinin baş nazirləri tərəfdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi, eləcə də MDB Dövlət Başçıları Şurasının bu yaxınlarda Qazaxıstanda keçirilmiş iclasında liderlər tərəfindən qaldırılmış məsələləri müzakirə edəcəklər.
Şuranın iclasının gündəliyinə 40 sənəd daxil edilib. Ticarət-iqtisadi əməkdaşlıq, humanitar əlaqələr, maliyyə və sosial-iqtisadi sahələrin inkişafı, hüquq-mühafizə sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi diqqət ayrılacaq.
F. Hüseynzadə