“TuranBank” 2014-cü il dekabrın 22-də Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi üzrə imzaladığı $7 mln. məbləğində saziş çərçivəsində $3,5 mln. həcmində ikinci kredit tranşını cəlb edib.
“Cəlb olunan maliyyə resursları bankın strateji kursuna müvafiq olaraq Azərbaycanın müxtəlif regionlarında MKOS-un, sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrin və ümumilikdə regionların sosial-iqtisadi inkişafına istiqamətləndiriləcək”, - deyə məlumatda bildirilir.
"Turan Bank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Bankın səhmdarları 27 fiziki və hüquqi şəxsdir.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Əməkdaşlıq dövründə korporasiya Azərbaycanda 73 layihənin maliyyələşdirilməsinə $414 mln. yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 mln. vəsaitin cəlb olunmasına yardım edib.
A.Axundov