2016-cı ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair sorğusu 1,4 mln. ton təşkil edir. Bu barədə “Transneft” SC-nin (MOEX: TRNF) prezidentinin müşaviri İqor Demin Neft İnformasiyası Agentliyinə məlumat verib.
Onun sözlərinə görə, 2015-ci ilin yekunları üzrə bu marşrutla 1,44 mln. ton Azərbaycan nefti nəql ediləcək.
Gələn il həmin neft kəməri ilə 2015-ci ildə gözlənilən 770 min tona qarşı 700 min ton Türkmənistan neftinin nəql ediləcəyi bildirilib.
2014-cü ildə ARDNŞ Novorossiysk limanından 932,155 min ton neft nəql edib ki, bu da 2013-cü ilin göstəricisindən 46,8% azdır.