“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Bakıda Sankt-Peterburq,
İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin nümayəndələri ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nümayəndəlikdən məlumat verilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) baş tutan görüşdə Beynəlxalq Fəaliyyət Departamentinin rəisi Olqa Rumyantseva, Təhsil Fəaliyyəti Departamentinin rəisi İrina Şerbakova iştirak ediblər.
Görüşdə RİMM və universitet arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Sankt-Peterburq,
İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universiteti Rusiyanın informasiya və foton texnologiyaları sahəsində aparıcı ali məktəbidir. 2009-cu ildə ali məktəb milli tədqiqat universiteti statusu alıb. Burada fəaliyyət göstərən 20-dən çox institut və fakültədə 12 minə yaxın rusiyalı və əcnəbi tələbə və aspirant təhsil alır.
A.Zeydullayeva