Daşkəsən rayonunun Zağalı, Qazaxyolçular və Qaraqullar kəndinə ilk dəfə mavi yanacaq verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Bununla əlaqədar 319 mənzildə fərdi tənzimləyici və sayğac quraşdırlıb.
Rayonda təbii qazdan istifadə edən abonentlərin sayı 3 mini ötüb. Gələn il rayonun digər kəndlərinin də qazlaşdırılması planlaşdırılır.
Bu gün Gədəbəy rayonunun Söyüdlü kəndinə də ilk dəfə mavi yanacaq verilib. 934 mənzildə fərdi tənzimləyici və sayğac quraşdırılıb.
Hazırda Gədəbəydə 8045 abonent mavi yanacaqdan istifadə edir.
F.Mehdiyev