Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Samuxda Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsəndən olan sakinlərlə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Sakinlərin müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Qaldırılan problemlərin həlli ilə bağlı nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, məsələlərin bir qismi isə elə yerindəcə həllini tapıb.
Qəbul zamanı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib.
F.Mehdiyev