“Səngəçal” istilik elektrik stansiyası (İES) 2015-ci ilin yanvar-sentyabr aylarında 838,7 mln. kVt/saat elektrik enerjisi hasil edib. Bu barədə “Azərenerji” SC-nin məlumatında bildirilir.
Sentyabr ayında “Səngəçal” İES 112,8 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edib.
“Səngəçal” elektrik stansiyası 2008-ci ilin dekabr ayında istismara verilib və hər birinin gücü 16,7 meqavatt olan 18 aqreqatdan ibarətdir. Stansiyada yanacaq kimi təbii qaz və mazutdan istifadə olunur.
N.Abbasova