Oktyabrın 30-dan etibarən Azərbaycanda ölkənin informasiya məkanında ilk olan www.worldmedia.az saytı fəaliyyətə başlayır. Bu barədə yeni layihənin komandasının cümə günü yaydığı məlumatda deyilir.
Sayt ölkə haqqında xarici KİV-də yayılan məqalə və reportajları Azərbaycan dilində oxuculara təqdim edəcək.
Hər gün xarici yazılı və elektron KİV-lərin monitorinqi ilə məşğul olacaq WorldMedia komandası, Azərbaycanla bağlı materialları operativ şəklildə tərcümə edərək oxucularla paylaşacaq.
Saytın “Video” bölməsində isə xarici televiziya kanallarının Azərbaycana dair yayımladığı reportajlar, videosüjetlər Azərbaycan dilində dublyaj edilərək nümayiş olunacaq.
Beləliklə, www.worldmedia.az saytında dünyanın ən müxtəlif ölkələrinin aparıcı KİV-lərində Azərbaycan haqqında yer almış yazılarla tanış olmaq mümkün olacaq.
Saytın baş redaktoru əvvəllər “525-ci qəzet” və “Həftə İçi” nəşrləri, “Milli.az” xəbər portalı və “Region plus” həftəlik analitik jurnalında çalışmış təcrübəli jurnalist Cahangir Həsənlidir.
F.Hüseynzadə