Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli Sankt-Peterburq şəhərində “Qlobal dünyada intellektual mobillik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Azərbaycanı təmsil edən tarix elmləri doktoru “Elmi diaspora ölkə elminin inkişafı resursu kimi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Azərbaycanda “Beyin axını” səbəblərinin dinamikasından danışıb, ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti və “Beyin axını”ının qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb.
A.Zeydulayeva