Azərbaycan prezidenti İlham Əliyev bazar günü keçirilən parlament seçkiləri zamanı 29 saylı seçki dairəsinin 6 saylı orta məktəbdə yerləşən 6 saylı Səbail seçki məntəqəsinə gələrək səs verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Beşinci çağırış Milli Məclisə seçkilərdə parlamentdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır. Beləliklə, orta hesabla bir deputat yerinə 6 nəfər iddia edir.
Seçkilərdə namizədlərin təxminən yarısı siyasi partiyaların nümayəndələri, qalanı müstəqil namizədlərdir.
Milli Məclisə seçkilərdə 15 siyasi partiya iştirak edir, daha 7 partiya “Azadlıq-2015” siyasi partiyalar blokunda birləşib.
Azərbaycanda 5,2 mln.-a yaxın şəxs səsvermə hüququna malikdir, onlar 125 seçki dairəsinin 5 min 547 seçki məntəqəsində səs verə bilər.
Azərbaycanda seçkilər seçicilərin fəallığından asılı olmayaraq baş tutmuş hesab edilir.
66 minə yaxın müşahidəçi seçkilərin monitorinqini həyata keçirir. Monitorinqdə yerli müşahidəçilərlə yanaşı, 27 ölkə və 40-a yaxın müxtəlif beynəlxalq təşkilatın, o cümlədən AŞPA, MDB Parlamentlərarası Assambleyası, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 500-dən artıq nümayəndəsi iştirak edir.
Azərbaycanda seçkilərin keçirilməsinin şəffaflığı hər beş məntəqədən bir quraşdırılmış veb-kameralar vasitəsilə təmin edilir. O cümlədən seçkilərdə eyni şəxsin təkrar səs verməsinə yol verməmək üçün seçicilərin barmaqlarının mürəkəbblə işarələnməsi təcrübəsi tətbiq olunur.
Səsvemə 19:00-da başa çatacaq.
Parlament seçkilərində “exit-poll”un keçirilməsində 3 yerli, Fransa və ABŞ-ın hər birindən isə 1 təşkilat iştirak edəcək.
R.Babayev