Bazar günü saat 10:00-a olan vəziyyətə görə, Milli Məclisə seçkilərdə seçicilərin fəallığı 12% təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzindən məlumat verir.
MSK-nın İnformasiya Mərkəzinin direktoru Rüfət Gülməmmədovun sözlərinə görə, seçkilərin başladığı iki saat ərzində seçki məntəqələrində 667 min 732 nəfər səs verib.
Azərbaycanda 5 mln. 198 min 658 nəfər səs vermək hüququna malikdir.
Seçkilər 5547 seçki məntəqəsində keçirilir, bunun 5145-i daimidir.
R.Babayev