“Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko “Koqalımavia” şirkətinin Şarm-Əl-Şeyx-Sankt-Peterburq reysini həyata keçirən “A321” təyyarəsinin Misirdə qəzaya uğraması ilə bağlı versiyaların irəli sürülməsində tələsməməyə çağırıb.
“Aviasiya hadisələrinin istintaqı versiyaların formalaşması və sonra onların təsdiqi və ya təkzibinə əsaslanmır. İlk növbədə biz qəzanın baş verdiyi yerə yollanmaq və hava gəmisinin konstruksiyasının elementlərini öyrənmək istərdik. Onlar çox şeydən, nələrin baş verməsindən xəbər verə bilər: təyyarə havada yoxsa yerə düşərkən zərbədən parçalanıb, havada yanğın və ya digər aviasiya hadisəsi baş verib?”, - deyə o, bazar günü “Rossiya 24” telekanalına bildirib.