Azərbaycanın cənub bölgəsində parlament seçkilərinin monitorinqini keçirən beynəlxalq müşahidəçilər seçki prosesinin demokratik şəkildə keçdiyini qeyd edirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Sizin rayonda seçkilər demokratik şəkildə keçirilir”, - deyə Almaniya Yaşıllar Partiyasının üzvü Elizabet Aytman jurnalistlərə bildirib.
O qeyd edib ki, müşahidəçilər qrupunun tərkibində 3 seçki məntəqəsində olub.
“Seçki məntəqələrində hər şey öz yolundadır. İnsanlar səs verməyə bəzən az, bəzən çox, bəzən isə böyük qruplarla gəlirlər”, - deyə E.Aytman qeyd edib. O, səsvermənin gedişindən razılıq ifadə edib.
“Sizdə seçkilər demokratik şəkildə keçirilir”, - deyə müşahidəçi vurğulayıb.
G.Qənbərova