Ölkənin şimal-qərb bölgəsində parlament seçkilərinin monitorinqini keçirən beynəlxalq müşahidəçilər 116 saylı Qəbələ seçki dairəsinin bir neçə seçki məntəqəsində olaraq seçki prosesində hər hansı qanun pozuntusunun qeydə alınmadığını bildiriblər.
MDB müşahidə missiyasının Qazaxıstandan olan nümayəndəsi Əhməd Meerov bildirib ki, 116 saylı dairə üzrə artıq 9 məntəqədə olub. Bunlardan 5-i Qəbələ şəhərində, 2 məntəqə Nohurqışlaq kəndində və digər ikisi isə Vəndam qəsəbəsində yerləşir.
“Heç bir qanun pozuntusu, eləcə də problemlə qarşılaşmamışam və seçki komissiyası öz vəzifə borcunu çox yaxşı bilir, seçkilər şəffaf şəkildə keçirilir. Seçkilər çox gözəl və mütəşəkkil, qanuna uyğun şəkildə təşkil olunub”,- deyə Ə.Meerov qeyd edib.
116saylı Qəbələ seçki dairəsi üzrə ümumi seçicilərin sayı 42,756min nəfərdir. Ümumilikdə 78 seçki məntəqəsi var və 11 məntəqə veb-kamera ilə təhciz olunub.
Dairə üzrə 1030 nəfər ilk dəfə səsvermə hüququ qazanıb.
İ.Əhmədov