Bazar günü saat 15.00-a olan məlumata görə Milli Məclisə seçkilərdə seçicilərin fəallığı 42,9% təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzindən məlumat verib.
Mərkəzin direktoru Rüfət Gülməmmədov bildirib ki, seçkilərin başladığı 7 saat ərzində seçki məntəqələrində 2 mln. 230,750 min nəfər səs verib.
Azərbaycanda 5 mln. 198 min 658 nəfərin səs vermək hüququ var.
Seçkilər 5547 seçki məntəqəsində keçirilir. Onlardan 5145-i daimidir.
R.Babayev