Bakı sakinləri Rusiyaya məxsus sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək üçün Rusiya səfirliyinin binası qarşısına güllər qoyurlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
Səfirliyin divarları qarşısına güllər, başsağlığı məktubları, şamlar və oyuncaqlar qoyulub.
Belə ki, məktublarda “Əbədi xatirə. Reys 9268. Piter, biz sizinləyik”, “Göz yaşları. Qəlblərdə ağrı! Hüzn içindəyik” sözləri həkk olunub.
RF diplomatik missiyası qarşısına güllərin qoyulması aksiyası sosial şəbəkələr vasitəsilə təşkil olunub. Azərbaycanda parlament seçkilərini işıqlandıran rusiyalı jurnalistlər də aksiyaya qoşulublar.
F.İsazadə