Mərkəzi Seçki Komissiyasına (MSK) bazar günü keçirilmiş parlament seçkilərində qanun pozuntuları ilə bağlı müraciətlər daxil olmayıb. Bu barədə MSK sədri Məzahir Pənahov mətbuat konfransında məlumat verib.
“MSK-ya seçki proseslərində qanun pozuntuları ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb”,- deyə MSK sədri bildirib.
Onun sözlərinə görə, gün ərzində komissiyaya daxil olmuş 150-yə yaxın müraciət məlumatların dəqiqləşdirilməsi ilə bağlı olub.
“Bununla yanaşı, hesab edirəm ki, mümkün qanun pozuntuları ilə bağlı müraciətlər sabah daxil olacaq və biz elə sabahdan bu müraciətlərə baxacağıq”,- deyə M.Pənahov əlavə edib.
Daha sonra sədr MSK-ya 5056 (91%) seçki məntəqəsindən daxil olmuş məlumatların işlənməsinin yekunlarına əsasən seçki dairələri üzrə liderlərin siyahısını açıqlayıb.
R.Babayev