Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 2-nə manatın dollara nisbətən rəsmi məzənnəsini oktyabrın 30-da qeydə alınmış 1,0493 manat/$1-a qarşı 1,0491 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,019% möhkəmlənib.
AMB noyabrın 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsini oktyabrın 30-da qeydə alınmış 1,1516 manat/1EUR səviyyəsinə qarşı 1,1571 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,4776% ucuzlaşıb.
Oktyabrın 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi 0,0163 manat/1RUR səviyyəsində saxlanılıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov