Bakı Turizm İnformasiya Mərkəzinin turizm üzrə mütəxəssisləri tərəfindən bir sıra muzey və qoruqlara yeni turlar hazırlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Qala, Qobustan, Dənizkənarı Milli Park, İçərişəhər və bir sıra muzeylərə yeni turlar hazırlanıb.
İnformasiya Mərkəzinin saytında həmin turlar haqqında Azərbaycan, rus və ingilis dillərində məlumatlar yerləşdirilib.
Eyni zamanda, qonaqların və turistlərin Bakı şəhərinin tarixi abidələri, yaşayış kompleksləri, otel və ümumiyyətlə turizm infrasrukturuna daxil olan bütün görməli yerləri haqqında müvafiq məlumatlar əldə etməsi üçün mərkəzdə bələdçi tərcüməçi qrupu yaradılıb.
Mərkəzə gələn əcnəbi turist və qonaqlara milli suvenir, ölkəmizin turizm potensialını təbliğ edən bir neçə yeni çap məhsulları təklif olunur, o cümlədən Azərbaycanın turizm potensialı haqqında məlumatlar əldə edilməsi üçün pulsuz Wi-Fi xidməti təqdim edilir.
A.Zeydullayeva