Avropa Parlamentinin müşahidə missiyası ötən bazar günü Azərbaycanda keçirilmiş parlament seçkilərində heç bir ciddi pozuntu aşkar etməyib.
“Biz heç bir ciddi pozuntu aşkar etmədik”, - deyə Avropa Parlamentinin müşahidə missiyasının Avstriyadan olan nümayəndəsi Frants Obermayer bəyan edib. O qeyd edib ki, 7 seçki məntəqəsində olub və heç birində pozuntuların şahidi olmayıb.
“Səsvermə prosesi şəffaf şəkildə baş tutub”, - deyə F.Obermayer vurğulayıb.
O, həm deputatlığa namizədlər, həm də müşahidəçilər arasında qadınların sayının çox olmasını müsbət amil kimi dəyərləndirib.
R.Babayev