Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərini yüksək səviyyədə qiymətləndirib.
“ Biz Milli Məclisə seçkilərə hazırlığı və seçki prosesini yüksək qiymətləndiririk. Bütün Azərbaycan xalqını təbrik edirik. Baxmayaraq ki, hava şəraiti o qədər də əlverişli deyildi, ancaq seçkilər seçicilərin normal fəallığı ilə baş tutdu”, - deyə V.Çurov bazar ertəsi mətbuat konfransında bildirib.
MSK sədri Azərbaycanda seçici siyahılarının dəqiqliyini xüsusilə qeyd edib.
“Seçicilәrin siyahısında yüksәk dәqiqliyi müşahidә etdik və bu, Avropada, hətta Avrasiya məkanında әn dәqiq seçici siyahısıdır. Son 20 ildə heç yerdə belə hal müşahidə olunmayıb. Günün 4 saatına olan vəziyyətə əsasən heç bir əlavə siyahı tərtib olunmayıb, seçki məntəqələrinə gələn hər kəs öz adını seçki siyahısında rahat tapıb. Bu, fenomenal haldır. Belə bir hal heç bir yerdə müşahidə olunmayıb”,- deyə V.Çurov vurğulayıb.
RF MSK sədri qeyd edib ki, səsvermə prosesi də qanun pozuntuları olmadan baş tutub.
“Seçki məntəqələrində kifayәt qәdәr səsvermə kabinələri var idi. Qutulardakı bülletenlәrin sayı seçicilərin sayına uyğun gəlirdi. Məntəqələrdən çıxan seçicilərin yarısı “exit-poll”un anketlərini doldurmağa razı olurdu”,-deyə o bildirib.
Mətbuat konfransında Misir ərazisində təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş rusiyalı vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Təəssüf ki, bizim Azərbaycana missiyamız faciəvi hadisələrlə üst-üstə düşüb. Biz həyatdan vaxtsız getmiş həmvətənlərimiz üçün kədərlənirik. Onların arasında seçki məntəqələrinin Sankt-Peterburqdan olan iki üzvü də var idi. Gəlin olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək”,- deyə V.Çurov jurnalistlərə müraciət edib.
R.Babayev